image-alzheimer-2073278_1backend

Demans halları 2058-ci ilə qədər iki dəfədən çox artacaq

Avstraliya Sağlamlıq və Rifah İnstitutu (AIHW) ölkədə demans hallarının 2058-ci ilə qədər iki dəfədən çox olacağı proqnozlaşdırıldığını bildirib.
Elchi.az xəbər verir ki, AIHW ölkədə demensiya ilə bağlı məlumat və proqnozları özündə əks etdirən hesabat dərc edib.
Hesabatda 2023-cü ilə qədər ölkədə təqribən 412 min demensiya xəstəsi olacağı və bu sayın 2058-ci ilə qədər iki dəfədən çox artaraq təxminən 850 minə çatacağı proqnozlaşdırılır.
“Avstraliya əhalisi artdıqca və yaşlandıqca, demensiyadan əziyyət çəkən insanların sayının artması gözlənilir”, – hesabatda deyilir.
Mövzuyla əlaqədar ekspertlərdən biri olan David Sykes, görüləcək ilk işin “risklərin azaldılması” olduğuna diqqət çəkərək, “Risklərin artırılması üçün ehtiyac duyulacaq xidmətlər və sayı artan insanlar üçün lazım olacaq xidmətlər və dəstək ilə bağlı siyasətlər üzrə fəaliyyət planına ehtiyac var” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki