image-thumbs_b_c_d17c8a279a49e0d87c70581b92bfc3d9backend

Danimarka Fələstinə iki dövlətli həll üçün hərbi müdaxilə təklif edir

Danimarkanın baş naziri Mette Frederiksen bildirib ki, Yaxın Şərqə beynəlxalq hərbi müdaxilə Fələstin məsələsində iki dövlətli həll yolunu tətbiq etmək və mövcud çıxılmaz vəziyyətdən çıxmaq üçün bir yol ola bilər.
Elchi.az xəbər verir ki,  bu barədə Danimarkanın xəbər agentliyi “Ritzau” məlumat yayıb.
Hərbi müdaxilənin mümkün olub-olmaması ilə bağlı suala Frederiksen belə cavab verib: “Bəli, mümkündür. Beynəlxalq birlik başqa münaqişələrə və başqa müharibələrə də müdaxilə edib və nəsə tətbiq etməyi bacarıb” – qiymətləndirməsini edib.
Danimarkanın baş naziri Frederiksen daha əvvəl beynəlxalq ictimaiyyəti Fələstin məsələsində iki dövlət həllini dəstəkləməyə çağırmışdı .
Danimarka hökuməti mart ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) illik planlaşdırılmış 105 milyon Danimarka kronu (təxminən 15,3 milyon dollar) yardım göndərəcəyini açıqlamışdı.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki