ABŞ-ın birinci xanımı Cil Bayden ərinin oğulları Hunteri əfv etməsində israr etdi.
Elchi.az xəbər verir ki, bu barədə CNN-in müxbiri Ceff Zeleni bildirib.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden oğlu Hunterin vergidən yayınma və silah pozuntusu ilə bağlı qaldırılan iki cinayət işi üzrə əfv olunduğunu elan edib. Cinayətlərin hər birinə görə onu müvafiq olaraq 17 və 25 il həbs cəzası gözləyirdi. Əfv 2014-cü il yanvarın 1-dən 2024-cü il dekabrın 1-dək olan müddətə şamil edilir.
Bundan əvvəl Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Baydenin oğlunu əfv etmək qərarının ABŞ-ın prezidentlik hakimiyyəti institutuna ciddi ziyan vurduğu barədə fikir bildirib.
Yeganə