Çin Xarici İşlər Nazirliyi: İndoneziyanın BRİKS-ə daxil olması assosiasiya ölkələrinə müsbət təsir göstərəcək.
Elchi.az xəbər verir ki, İndoneziyanın BRİKS-ə daxil olması qlobal Cənub dövlətlərinin yüksəlişinin ümumi tendensiyasına uyğundur və assosiasiyaya üzv ölkələrin inkişafına müsbət töhfə verəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında dərc olunan şərhdə deyilir.
Çin tərəfi İndoneziyaya ölkənin “BRİKS-in tamhüquqlu üzvü olması” münasibətilə “isti təbriklər göndərib”.
“Bu, BRİKS mexanizminin inkişafına müsbət töhfə verəcək. BRİKS ailəsinə yeni üzvlərin qəbulu qlobal Cənubun yüksəlişinin tarixi tendensiyasına uyğundur”, – Çin Xarici İşlər Nazirliyi qeyd edib.
Qeyd edilir ki, İndoneziya “əsas inkişaf edən ölkə və qlobal cənubda mühüm qüvvədir”. Dövlətin assosiasiyanın “ruhunu tam bölüşdüyü” və onun genişləndirilmiş “BRICS plus” formatında iştirakçılarla fəal qarşılıqlı əlaqədə olduğu vurğulanır.
Çin Xarici İşlər Nazirliyi əlavə edib ki, BRİKS “qlobal cənub ölkələri arasında həmrəyliyin gücləndirilməsi və əməkdaşlığın təşviqi üçün mühüm platforma və qlobal idarəetmə sistemini dəyişdirmək üçün mühüm qüvvədir”.
Pekin Cakarta və digər BRİKS üzvləri ilə tərəfdaşlığı gücləndirməyə, həmçinin assosiasiyanın intensiv inkişafına kömək etməyə hazır olduğunu bildirib.
Yanvarın 6-da yanvarın 1-dən BRİKS qrupuna sədrlik edən Braziliya hökuməti İndoneziyanın bloka tamhüquqlu üzv kimi qoşulacağını bəyan edib.
Şayəstə Hüseynova