image-20200719_gaf_u39_400-pic_32ratio_900x600-900x600-73055backend

Çin Müdafiə Nazirliyi Pentaqonun hesabatına cavab verib

Çin Xalq Respublikasının Müdafiə Nazirliyi Pentaqonun Çin Xalq Respublikasının hərbi inkişafı ilə bağlı hesabatı ilə əlaqədar etiraz edib.
Elchi.az xəbər verir ki, Çin Müdafiə Nazirliyi Pentaqonun ÇXR-in hərbi inkişafı ilə bağlı hesabatı ilə əlaqədar etiraz edib. RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə idarənin rəsmi nümayəndəsi Çjan Syaoqanq bildirib.
“Dəlillər göstərir ki, ABŞ-ın hərbi strategiyası getdikcə qarşıdurma, hücum və avantürist xarakter alır”.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar “beynəlxalq nizamın ən böyük məhvedicisinə və qlobal təhlükəsizliyə ən böyük təhdid”ə çevrilib.
Dekabrın 19-da ABŞ Müdafiə Nazirliyi illik hesabatını dərc edib və orada Çinin 2024-cü ilin ortalarına qədər 600-dən çox nüvə başlığına malik olduğu, 2030-cu ilə qədər isə onların sayının mini keçəcəyi bildirilir. Pentaqon hesab edir ki, Çin ABŞ-la strateji rəqabətin artması fonunda nüvə qüvvələrini artırır.
Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Pengyu cavab olaraq bildirib ki, Çin öz nüvə imkanlarını təhlükəsizliyini qorumaq üçün lazım olan minimum səviyyədə saxlayır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki