image-ingiliz-askeri-ingiltere-asker-aa-1765093_1backend

Britaniya ordusunda ixtisarlar: Dəniz və hava nəqliyyat vasitələri ləğv edilir

İngiltərənin müdafiə naziri Con Healey ölkənin müdafiə büdcəsindən 500 milyon funt-sterlinqə qənaət etmək üçün 6 köhnə layihəni ləğv etdiyini açıqlayıb. Bu çərçivədə Kral Donanmasına aid iki amfibiya hücum gəmisi, bir freqat, 31 helikopter və pilotsuz uçuş aparatı (PUA) inventardan çıxarılacaq.
Elchi.az xəbər verir ki, Healey Parlamentdəki açıqlamasında ləğv edilən layihələrin “köhnə texnologiyaya əsaslandığını” və yüksək texniki xidmət xərclərinə malik olduğunu bildirib.
“Uzun illər ərzində əsgər və matroslarımız köhnəlmiş texnika ilə fəaliyyət göstərməli olub. Biz bu özülü təmir etməyə başlamışıq”, – nazir bildirib.
Ləğv edilən layihələr arasında HMS Bulwark və HMS Albion amfibiya hücum gəmiləri də var. Healey bildirib ki, bu gəmilərin saxlanması hər il 9 milyon funt-sterlinqə başa gəlir, lakin onlar aktiv əməliyyat vəzifələrində istifadə edilmir.
Bundan əlavə, HMS Northumberland freqatı və iki yanacaq tankeri iqtisadi ömrünü başa vurduqları səbəbiylə inventardan çıxarılacaq.
Helikopterlər və İHA-lar istismardan çıxarılıb
Müdafiə Nazirliyi 14 Chinook və 17 Puma helikopterlərinin təqaüdə çıxarılacağını açıqlayıb.
Yeni helikopter proqramlarının işə düşməsinin bir neçə il çəkəcəyi bildirilir. Bundan əlavə, texniki problemi olan Watchkeeper MK1 PUA-ları da inventardan çıxarılacaq.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki