Borrell: Gələcəkdə Aİ Rusiya ilə münasibətlərə yenidən baxa bilər.
Elchi.az xəbər verir ki, uzaq gələcəkdə Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərdə dəyişikliklər mümkündür. Bunu Euractiv portalına istinadən Aİ diplomatiyasının rəhbəri Xosep Borrell deyib.
“Uzaq gələcəkdə, müharibədən sonrakı vəziyyətdə bəzi dəyişikliklər baş verə bilər (Moskva ilə Brüssel arasında münasibətlərdə – redaktorun qeydi)” o vurğulayıb.
Avropa diplomatiyasının rəhbəri onu da qeyd edib ki, onun fikrincə, yaxın gələcəkdə Ukraynadakı münaqişənin həlli gözlənilmir.
Bundan əvvəl Borrell bildirmişdi ki, bir sıra ölkələrin Kiyevə Avropa silahları ilə Rusiya ərazisinin dərinliklərində zərbələr endirməkdən imtina etməsi Aİ-nin dəstəyinə inamı sarsıdır.
Onun sözlərinə görə, Aİ üzvləri Kiyevə özünü müdafiə etmək üçün hər şeyi etməyə öhdəlik götürüblər və bu, hücuma effektiv cavab vermək və təhlükə mənbəyinə zərbə vurmaqdan ibarətdir – “yalnız oxlarla deyil, oxatanlarla vurmaq”.
Şayəstə Hüseynova