BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə güclü sadiqliklərini bir daha bəyan etdilər və bütün dövlətləri bu prinsiplərə hörmət etməyə çağırdılar.
Elchi.az xəbər verir ki, 15 üzvdən ibarət Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (UNSC) Suriyadakı hadisələrlə bağlı yazılı açıqlama verib.
Bəyanatda BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin əsas prinsipləri əsasında Suriyada əhatəli və Suriyanın rəhbərlik etdiyi siyasi prosesin qurulması çağırışı edilib.
Bu çərçivədə bəyanatda BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenin prosesi asanlaşdırmaq səyləri dəstəklənərək, “Sözügedən siyasi proses bütün suriyalıların qanuni gözləntilərini qarşılamalı, onları qorumalı və öz gələcəklərini dinc, müstəqil və demokratik şəkildə təyin etmələrini təmin etməlidir” ifadələrdən istifadə edilmişdir.
Şayəstə Hüseynova