Beynəlxalq humanitar hüquqa möhkəm sadiqliyini nümayiş etdirən Azərbaycan sentyabrın 12-14-də delimitasiya olunmamış sərhəd boyunca Ermənistanın sonuncu hərbi təxribatı zamanı həlak olmuş erməni əsgərlərinin qalıqlarının axtarışını davam etdirir.
Alp.az-ın xəbərinə görə, bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
“İndiyədək 146 əsgərin qalıqları Ermənistana qaytarılıb”, – o qeyd edib.