image-d1730140-7993-3dda-8b50-ceb7ee7d26b7_850backend

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

Azərbaycan I Liqasında çıxış edən “Qaradağ Lökbatan” klubunun həkimi Xəyal Alızadə 5 oyunluq cəzalandırılıb.

Elchi.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna I Liqanın XIII turunda “Mingəçevir”lə matçın 75-ci dəqiqəsində onun həkimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub. Bakı klubu həkiminin hərəkətinə görə 400 manat cərimələnib.

AFFA sözügedən oyunun 76-cı dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə “Qaradağ Lökbatan”ın futbolçusu Əli Kərimovu 4 oyunluq cəzalandırıb. Bununla yanaşı, klub 300 manat cərimələnib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki