Hollandiyada ikili vətəndaşlığı olan və adları “yad” səslənən on minlərlə insanın süni intellekt tərəfindən “vergi cinayətkarı” kimi kodlaşdırıldığı üzə çıxıb. İnsanların evlərini itirməsinə və borca düşməsinə səbəb olan irqçi proqram qalmaqalı böyüyərkən, Hollandiya hökuməti hələ istintaqa belə başlamayıb.
Elchi.az xəbər verir ki, Hollandiya hökumətinin dövlət xidmətlərini sürətləndirmək üçün süni intellektdən istifadə etməsi böyük böhrana səbəb olub. Ölkədə dövlət xidmətlərində süni intellektin tətbiqinə 2020-ci ildən başlanılıb. Süni intellektə quraşdırılan alqoritmlər vergidən yayınanları müəyyən etməyə başladı, lakin məlum oldu ki, vergidən yayındığına görə cərimələnən şəxslər süni intellekt tərəfindən yanlış tanınıb.
Avropa İttifaqına (Aİ) yaxınlığı ilə tanınan “The Parliament” nəşrinin açıqladığı məlumata görə, hökumət rəsmiləri süni intellektə “xarici səslənən ad və soyadlara sahib olanlar “xarici səslənən soyadları olanlar”, “ikili vətəndaşlığı olanlar” və “azlıqlar” kimi irqçi alqoritmləri yükləyib. Həmçinin bu səhv alqoritm sisteminə görə on minlərlə insanın haqsız yerə cərimələndiyi və cəzalandırılanlar arasında çoxlu türkün də olduğu bildirilib.
Şayəstə Hüseynova