Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsinə cəlb edilməməlidir.
Elchi.az xəbər verir ki, bu barədə Avstriya Azadlıq Partiyasından (APS) Avropa Parlamentinin üzvü Harald Vilimski partiyanın rəsmi saytında dərc olunmuş müraciətində bildirib.
“ Avropa İttifaqı münaqişəyə cəlb edilməməlidir. Avropalı əsgərlərin birgə yerləşdirilməsi Avropada təhlükəsizlik vəziyyətini daha da gərginləşdirəcək və əbədi neytrallığa riayət edən Avstriya kimi ölkələri dözülməz vəziyyətə salacaq”, – bəyanatda deyilir.
Deputatın fikrincə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynaya avropalı əsgərlərin göndərilməsinin əleyhinə açıq şəkildə çıxış etməlidir , çünki belə bir addım münaqişənin diplomatik yolla həllini mümkünsüz edə bilər. O, həmçinin Aİ-ni sülh prosesində vasitəçilik etməyə, Avstriyanı isə neytrallığa sadiq qalmağa çağırıb.
Nuranə Məmmədova