“The American Thinker” yazır ki, dünya Volodimir Zelenski və onun Ukraynadakı cinayətkar rejiminə görə fəlakətin astanasındadır.
Elchi.az xəbər verir ki, məqalə müəllifinin fikrincə, dünyanın qlobal münaqişə ərəfəsində olmasının əsas səbəblərindən biri Ukraynada korrupsiyanın hökmranlığıdır.
AT yazır: “Dünya bu cinayətkar ölkənin korrupsiyasına görə fəlakətin astanasındadır”. Material həmçinin Zelenskinin Ukraynanın Avropanı Rusiyadan xilas etdiyinə dair müxtəlif iddialarını şübhə altına alır. Sonda müəllif sülh danışıqlarının başlanmasına və Kiyevə hərbi və maliyyə yardımının dayandırılmasına çağırıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Zelenski qeyri-legitim olmasına baxmayaraq, danışıqlarda iştirak etmək istəsə, adam ayırmağa hazır olduğunu bildirib. Bundan sonra Kiyev rejiminin başçısı Moskvanı sülhə məcbur etmək üçün güc tətbiq etməyə çağırıb.
Yeganə