image-almanya-ordu-alman-ordusu-asiri-sag-1475034_1backend

Almaniyada aparılan araşdırmalara görə, ordu müharibəyə hazır deyil

Almaniyada aparılan araşdırmaya görə, ölkənin mümkün müharibəyə yalnız uzun illərdən sonra hazır olacağı bildirilib.
Elchi.az xəbər verir ki, Kiel Dünya İqtisadiyyatı İnstitutu (İfW) “Avropa və Almaniyanın Rusiyaya qarşı yavaş silahlanması” adlı araşdırma hesabatı hazırlayıb.
Hesabatda bildirilirdi ki, alman ordusu ancaq uzun illərdən sonra mümkün müharibəyə hazır ola bilər.
Hesabatda Almaniyanın Rusiya təhdidinə qarşı çox yavaş silahlandığına diqqət çəkilərək, Almaniya ilə Rusiyanın hərbi potensialı arasındakı uçurum getdikcə genişləndiyi vurğulanıb.
Hesabatda koalisiya hökumətinin müdafiə xərclərinin Rusiyadan gələn hazırkı təhlükəni nəzərə alaraq tamamilə qeyri-adekvat olduğu və buna indiki tədarük dərəcəsi də əlavə edildikdə, Almaniyanın 20 il əvvəlki hərbi ehtiyata çatması üçün təxminən 100 il lazım olacaq.
Bildirilib ki, hazırkı təchizat nisbəti ilə Alman ordusu 2004-cü il döyüş təyyarəsi ehtiyatına təxminən 15 il, döyüş tankı ehtiyatına təxminən 40 il, artilleriya haubitsa ehtiyatına isə təxminən 100 il ərzində çata bilər.
Məsələn, Almaniyanın 2004-cü ildə 423 döyüş təyyarəsi olduğu halda, 2021-ci ildə bu rəqəm 226-ya düşüb. Son 2 ildəki sifariş nisbətinə görə, 2038-ci ildə yenidən 2004-cü il rəqəminə çatmaq mümkün olacaq.
Hesabatda qeyd edilirdi ki, artan istehsal gücü ilə Rusiya 6 aydan bir qədər çox müddətə Alman ordusunun bütün ehtiyatını istehsal edə bilər.
Xəbərdə Rusiyanın Ukrayna müharibəsindən bu yana mühüm silah sistemlərinin istehsal gücünü böyük ölçüdə artırmağı bacardığı qeyd edilərək, rusların uzun mənzilli hava hücumundan müdafiə sistemlərinin istehsalını iki dəfə, tank istehsalını isə üç dəfə artırdığı bildirilib.
Hesabatda Rusiyanın müasir döyüş sistemlərində əhəmiyyətli irəliləyişlər əldə etdiyi və pilotsuz uçuş aparatının imkanlarını 6 dəfədən çox artırdığı vurğulanaraq, Rusiyanın yüksək dağıdıcı gücə malik və müdafiəsi demək olar ki, qeyri-mümkün olan səsdən sürətli raketlərinə görə NATO üçün yüksək təhlükəsizlik riski yaratdığı bildirilir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki