image-60backend

Almaniya Trampın Rusiyanı G7-yə qaytarmaq ideyasını rədd edir

Rusiya ABŞ prezidenti Donald Trampın təklif etdiyi kimi “Böyük Yeddilik”in zəngin demokratik ölkələri qrupuna yenidən qəbul edilməyəcək.

Elchi.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Yorq Kukis bildirib.

“G7-nin Rusiyanın təcavüzkar müharibəsini qınaması, xüsusən də Rusiyanın qəddar hücumunun üçüncü ildönümündə açıqdır” deyən Kukis, Trampın təklifinin lazımi yekdilliyə çatmayacağını bildirib.

Kukis bildirib ki, G7 Ukraynanın bərpası üçün Avropada dondurulmuş 300 milyard dollarlıq Rusiya aktivlərinin istifadəsi ilə bağlı uzunmüddətli təklifləri müzakirə edə bilər, “lakin müzakirələr yeni başlayır”. Bəlkə də bu barədə danışmaq tezdir”.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki