Ağ Evin sözçüsü Karolin Leavitt bildirib ki, ABŞ prezidenti Donald Tramp bu həftə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün razılığa gələ bilər.
Elchi.az The Hill-ə istinadən xəbər verir ki, Leavitt Mühafizəkarların Siyasi Fəaliyyət Komitəsinin (CPAC) Vaşinqtonda keçirilən 2025-ci il illik toplantısından qayıdarkən Ağ Evdə jurnalistlərlə görüşüb.
Leavitt Tramp və komandasının müharibəni bitirmək üçün Rusiya və Ukrayna ilə danışıqları davam etdirməyə fokuslandığını və bu həftə müharibənin sona çatması ilə bağlı razılığın əldə oluna biləcəyini bildirib.
Leavitt deyib ki, prezident Tramp müharibəni bitirməkdən “inamlıdır” və mümkün razılaşma ABŞ-ın “xərclərini geri qaytara bilər”.
Leavitt ABŞ və Ukrayna arasında mümkün razılaşmanın iki ölkə arasında iqtisadi əlaqələr və Ukraynanın yenidən qurulması üçün vacib olduğunu vurğulayıb.
Şayəstə Hüseynova