Ağ Ev bəyan edib ki, İsrail də daxil olmaqla hamı Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) roluna hörmət etməlidir.
Elchi.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi telekonfrans vasitəsilə keçirdiyi mətbuat brifinqində İsrailin UNIFIL elementlərinə qarşı hücumlarını dəyərləndirib. Kirbi, UNIFIL-in Livanda sülhün qorunmasında mühüm rol oynadığını ifadə edərək, “Biz bu rola hörmət edirik və İsrail də daxil olmaqla hər kəsin bu rola hörmət etməsini istəyirik. “Biz narahatlığımızı İsrail tərəfinə açıq şəkildə bildirdik.
Kirbi, İsrail ordusunun Beyrutun sıx məskunlaşdığı bölgələrdə Hizbullaha qarşı ‘əməliyyatlar’ apararkən diqqətli olması lazım olduğunu da söylədiklərini qeyd edərək, “Onlar həm də bu əməliyyatları mülki şəxslərin və ya BMT Sülh Qüvvələrinin elementlərinin həyatını təhlükəyə atmayacaq şəkildə həyata keçirmək məsuliyyətini daşıyırlar” deyib.
İsrail ordusunun son hücumlarında bəzi Livan əsgərlərinin də həyatını itirdiyini xatırladan Con Kirbi, “Bu qəbuledilməzdir və bu mövzuda daha ətraflı məlumat üçün israillilərə təzyiq edirik” dedi.
Şayəstə Hüseynova