image-karine-jean-pierre-ap-1682598_1backend

Ağ Evdən İsrailə dəstəyin davam edəcəyinə dair mesaj

Ağ Evin sözçüsü Karine Jean-Pierre ABŞ-ın İsraillə bağlı siyasətinin dəyişmədiyini və dəstəyin davam edəcəyini bildirib.
Elchi.az xəbər verir ki, Ağ Ev sözçüsü Jean-Pierre gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb və ABŞ-ın İsrailə dəstəyindən danışıb.
Yaxın Şərqdə “gərginliyin” artmasının ardından ABŞ-ın İsrailə silah dəstəyinin dayandırılması tələbləri ilə bağlı suala Jan-Pier “ABŞ siyasətinin dəyişmədiyini” bildirib.
Sözçü Jean-Pierre, “İsrailin təhlükəsizliyinə sadiqliyimiz sarsılmazdır və bu, dəyişməyib. Biz İsrailin təhlükəsizliyini dəstəkləməyə davam etməyə sadiqik” deyib.
Jean-Pierre də bölgədə “diplomatik həll” görmək istədiklərinə diqqət çəkərək, “Bunun əldə edilə biləcəyinə inanırıq və bu şəkildə davam etmək istəyirik” qiymətləndirməsini edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki