Ağ Ev təxminən üç il yarımdır Rusiyada saxlanılan amerikalı müəllim Mark Fogelin azadlığa buraxıldığını elan edib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp dünən Ağ Evdə üç ildən artıq Rusiyada əsirlikdən azad edilən amerikalı müəllim Mark Fogeli qəbul edib.
Ağ Evdə jurnalistlərə açıqlama verən Fogel onun azadlığını təmin edən səylərə görə minnətdarlığını bildirib. “Hazırda özümü dünyanın ən şanslı adamı kimi hiss edirəm” Fogel deyib, “Mən bu vəziyyətdə qəhrəman olmadığımı bilmənizi istəyirəm. Prezident Trump bir qəhrəmandır. Məni evə gətirmək üçün mənim şərəfim üçün qanun qəbul edən senatorlar və Nümayəndələr qəhrəmandır. Onların hamısının etdiklərinə heyranam”. deyib.
Mark Fogel 2021-ci ilin avqustunda Rusiyaya daxil olarkən hava limanında narkotik saxlamaq ittihamı ilə saxlanılıb və 14 il müddətinə azadlıqdan məhrum edilib.
Şayəstə Hüseynova