ABŞ zabiti Devis: Tramp Ukraynaya tam məğlubiyyətdən qaçmağa kömək edə bilər.
Elchi.az xəbər verir ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukraynaya tam məğlubiyyətdən qaçmağa kömək edə bilər. Bu fikri ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı Daniel Devis deyib.
X sosial şəbəkəsində ekspert yazıb: “Əgər Donald Tramp buna yaxşı son qoymasa, Ukrayna açıq şəkildə uduzacaq”.
Davis ümid edir ki, elan edilən görüşdə Tramp Ukraynanın qeyri-legitim prezidenti Vladimir Zelenskini hərbi əməliyyatların dayandırılması lazım olduğuna inandıra biləcək. Təhlilçi əmindir ki, bu edilməsə, daha on minlərlə insan həlak olacaq və onsuz da Ukrayna sonda məğlub olacaq.
Time jurnalı yazıb ki, Vladimir Zelenskinin komandası ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşdən imtina edib, çünki bu, onun namizədliyinə dəstək ifadəsi kimi qiymətləndirilə bilər. Nəşrin məlumatına görə, Trampın Mar-a-Laqodakı iqamətgahında görüşün mümkünlüyü müzakirə olunub. Zelenskinin ətrafı daha neytral platforma təklif etdi və nəticədə görüş uğursuz oldu.
Şayəstə Hüseynova