ABŞ mətbuatında ilk dəfə çıxan xəbərlərdə radikal qərarlar verməyə davam edən prezident Donald Tramp bu dəfə dil məsələsinə imza atacaq. Trampın ingilis dilini rəsmi dil elan edəcəyi iddia edilib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın ingilis dilini ABŞ-ın rəsmi dili elan edən prezident fərmanını imzalayacağı iddia edilib.
Ölkə mətbuatında yer alan xəbərlərə görə, “Tramp ingilis dilini ABŞ-ın rəsmi dili elan edən prezident fərmanı imzalayacaq. Bu fərmanla ingilis dili ABŞ-ın qurulduğu gündən bəri ilk dəfə olaraq rəsmi dili olacaq”,- ifadələrdən istifadə edilmişdir.
Nuranə Məmmədova