ABŞ Senatı Marko Rubionu yeni dövlət katibi vəzifəsinə təsdiq edib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın dövlət katibi vəzifəsinə namizədliyini irəli sürdüyü keçmiş senator Marko Rubio Konqresin Senat qanadında keçirilən səsvermədə Trampın kabinetinin ilk naziri vəzifəsinə təsdiq edilib.
Rubio səsvermə nəticəsində ABŞ-ın 72-ci dövlət katibi olub.
Floridadan olan keçmiş respublikaçı senator 99-0 səslə Senatda dövlət katibi vəzifəsinə təsdiq edilib.
Kubalı mühacirlərin övladı Rubio ABŞ tarixində ilk Latino dövlət katibidir.
Senator olduğu 14 il ərzində Rubio Konqresdə Senatın Xarici Əlaqələr Komitəsi və Senatın Kəşfiyyat Komitəsi də daxil olmaqla mühüm komitələrdə çalışıb.
Şayəstə Hüseynova