image-owl_detail_620_84857b1a8e2325530b76d34c5a310072backend

ABŞ qoşunlarının İraqdakı bazalardan çıxarılması üçün son tarix açıqlanıb

Birləşmiş Ştatlar ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra noyabr ayında İraqdakı bəzi hərbi bazalarından qoşunlarını çıxarmağa başlayacaq.

Elchi.az xəbər verir ki, bu dövrü Associated Press (AP) açıqlayıb.

Agentliyin məlumatına görə, hərbçilər İraqın qərbindəki Ayn əl-Əsəd aviabazasını və Bağdad beynəlxalq hava limanını tərk edəcəklər. Eyni zamanda silahlı qüvvələrin bir hissəsi İraq Kürdüstanının Ərbil şəhərində yerləşən Hərir bazasına hərəkət edəcək.

Bu qərar ABŞ və İraq arasında İŞİD-lə mübarizə üzrə beynəlxalq hərbi missiyanın məhdudlaşdırılmasına dair razılaşma fonunda qəbul edilib. Hazırda Yaxın Şərq ölkəsində 2,5 minə yaxın Amerika əsgərinin olduğu məlumdur.

Eyni zamanda, hazırda 900-ə yaxın amerikalı hərbçinin yerləşdirildiyi Suriyada koalisiya qoşunları İŞİD-ə qarşı mübarizəni davam etdirəcək.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki