Birləşmiş Ştatlar Türkiyəni Qazprombank-a qarşı sanksiyalardan istisna edərək, qazın pulunu bu bank vasitəsilə ödəməyə davam edəcək.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparlaslan Bayraktara istinadən NTV telekanalı məlumat yayıb.
Bundan əvvəl Türkiyə ABŞ-dan Gazprombank-a qarşı tətbiq edilən sanksiyalara əməl etmək zərurətindən azad edilməsini tələb edirdi, çünki məhdudiyyətlər ölkənin enerji təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
“Türkiyə ABŞ-dan “Qazprombank”a Rusiya qazının ödənişi zamanı istisna alıb” – deyə Bayraktar bildirib.
Qazprombank 2024-cü il noyabrın 21-də ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına məruz qalıb. Məhdudiyyətlərin tətbiqinə səbəb Rusiya hökumətinin “Qazprombank”dan hərbi malların alınması, habelə Rusiya hərbçiləri və onların ailə üzvlərinə ödənişlər üçün istifadə etməsi olub.
Yeganə