image-kuzey-koreye-yasa-disi-sekilde-giren-abd-askeri-ordudan-atildi-v9bmbackend

ABŞ ordusu: “Yəməndə husilərə məxsus yeraltı silah anbarlarını vurduq”

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə İranın dəstəklədiyi husilərə məxsus yeraltı silah anbarlarına dəqiq zərbələr endirildiyini açıqlayıb. Son hücumlar CENTCOM-un İranın dəstəklədiyi husilərin ABŞ-ın regional tərəfdaşlarını, bölgədəki hərbi və ticarət gəmilərini təhdid etmək cəhdlərinin qarşısını almaq səylərinin bir hissəsidir.
Elchi.az xəbər verir ki, ABŞ ordusu Yəməndə İranın dəstəklədiyi husiləri növbəti dəfə hədəfə alıb. ABŞ Mərkəzi Komandanlığından verilən yazılı açıqlamada, ABŞ ordusunun Husilərə aid iki yeraltı Qabaqcıl Adi Silahlar (ACW) anbarına qarşı çoxsaylı dəqiq hücumlar təşkil etdiyi bildirilib. Bəyanatda husilərin Qırmızı dəniz və Ədən körfəzindəki ABŞ hərbi və ticarət gəmilərinə hücum etmək üçün hədəfə alınan silah anbarlarından istifadə etdiyi vurğulanıb və əməliyyat zamanı ABŞ ordusunun heç bir itki vermədiyi vurğulanıb. Son hücumlar CENTCOM-un İranın dəstəklədiyi husilərin ABŞ-ın regional tərəfdaşlarını, bölgədəki hərbi və ticarət gəmilərini təhdid etmək cəhdlərinin qarşısını almaq səylərinin bir hissəsidir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki