ABŞ müdafiə naziri Lloyd Austin İsrailin müdafiə naziri Yoav Gallant ilə görüşündə deyib ki, İran İsrailin hücumlarına cavab verməkdə səhv etməməlidir.
Elchi.az xəbər verir ki, Ostin “X” hesabında verdiyi açıqlamada Gallant ilə telefon danışığında İsrailin İrandakı hərbi hədəflərə hücumundan sonra Yaxın Şərqdəki cari hadisələri müzakirə etdiyini bildirib.
Ostin ABŞ-ın İsrailin təhlükəsizliyinə və özünümüdafiə hüququna verdiyi dəstəyin bir daha vurğulayıb və bölgədəki ABŞ personalını, obyektlərini və tərəfdaşlarını qorumaqda qərarlı olduqlarını bildirib.
Yaxın Şərqdə gərginliyin azaldılması üçün diplomatiyaya üstünlük verilməsi lazım olduğunu vurğulayan Austin, Qəzzada atəşkəs və Livanda mülki şəxslərin təhlükəsiz şəkildə evlərinə qayıtmasına imkan yaradan razılaşmanın qiymətləndirilməsi lazım olduğunu qeyd edib.
İsrailin İrana hücumu
İsrail oktyabrın 1-də İranın raket hücumlarına cavab olaraq oktyabrın 26-da İrandakı hərbi obyektlərə hücum etdiyini və əməliyyatın “uğurla” başa çatdığını açıqlayıb.
İran paytaxt Tehrandakı hərbi məntəqələrin və ölkənin qərbindəki bəzi vilayətlərin hədəfə alındığını, hava hücumundan müdafiə sistemlərinin hücumlara “uğurla” müqavimət göstərdiyini, lakin bəzi nöqtələrdə “məhdud ziyan” meydana gəldiyini açıqlayıb.
İran ordusundan verilən yazılı açıqlamada hücumlarda 4 əsgərin həyatını itirdiyi bildirilib.
Nuranə Məmmədova