image-2-3tnhbackend

ABŞ Milton qasırğasına hazırlaşır: Market rəfləri boşdur

ABŞ-ın Florida ştatı 227 nəfərin həyatına son qoyan Helene qasırğasından sonra ştatı vurması gözlənilən Milton qasırğası üçün tədbirlər görməyə başlayıb.
Elchi.az xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi Milton qasırğasının oktyabrın 9-da ştatın qərbindəki Tampa körfəzinə düşə biləcəyini açıqlayıb.
Mərkəz bildirdi ki, Milton Floridadan keçərkən qasırğa olaraq qala bilər.
Federal Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) Florida direktoru Kevin Guthrie verdiyi açıqlamada ştatın 2017-ci ildə İrma qasırğasından sonra ən böyük evakuasiyaya hazırlaşdığını bildirib.
Ştat Helenenin geridə qoyduğu ziyanı təmizləməyə davam edərkən, Florida qubernatoru Ron DeSantis ştatın Milton qasırğasından ağır zərbə ala biləcəyini söylədi.
DeSantis, 4 minə yaxın Milli Qvardiya üzvünün dağıntıların təmizlənməsi işlərində yerli qruplara kömək etdiyini bildirdi.
HELEN qasırğası
ABŞ Milli Qasırğa Mərkəzi sentyabrın 26-da Helene qasırğasının təxminən 225 kilometr sürətlə Floridanın şimal-qərb sahillərini vurduğunu açıqlayıb. Qasırğa tez bir zamanda Corciya, Virciniya, Cənubi Karolina, Şimali Karolina və Tennessi ştatlarına təsir edib.
Qasırğanın ilk vurduğu Floridada 1,2 milyondan çox, Corciyada 1 milyon, Cənubi Karolinada 1,3 milyon və Şimali Karolinada 600 min ev və iş yerində elektrik enerjisi kəsilib.
ABŞ prezidenti Co Bayden Florida və Şimali Karolinada “fəlakət vəziyyəti” elan edib və qasırğadan mənfi təsirlənənlərə “federal yardım” əmri verib.
Helene qasırğasının yaratdığı fəlakətlərdə 227 nəfər həyatını itirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki