image-abd-iranda-petrol-ticareti-yapan-16-kurulusa-yaptirim-uyguladi-zev9backend

ABŞ İranda neft ticarəti ilə məşğul olan 16 təşkilata sanksiya tətbiq edib

ABŞ Dövlət Departamenti İranda neft ticarəti ilə məşğul olan 16 təşkilata sanksiya tətbiq edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada bu sanksiyaların İranın enerji gəlirlərini azaltmaqla beynəlxalq təhlükəsizliyi artırmaq məqsədi daşıdığı bildirilib.
Sanksiyalar hədəfə alınan qurumların ABŞ-dakı aktivlərini donduracaq və onlara Amerika vətəndaşları ilə iş görməyi qadağan edəcək.
Bəyanatda İranın neft ticarətindən əldə etdiyi gəlirlərin xüsusilə nüvə fəaliyyətlərini dəstəkləyən qruplara ötürüldüyünə də diqqət çəkilib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, “Biz İran rejiminin sabitliyi pozan fəaliyyətini maliyyələşdirmək üçün istifadə edə biləcəyi resursları daha da inkar etmək üçün İranın neft və neft-kimya sektorlarına qarşı genişmiqyaslı yeni sanksiyaları aktivləşdiririk” dedi. “Biz həmçinin İranın neft ticarəti ilə məşğul olan 16 təşkilata da sanksiya tətbiq edirik.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki