Reuters: ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları neft tankerlərinə təsir edəcək.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq etmək niyyətindədir. Bu barədə “Reuters” iki mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, məhdudiyyətlər barreli 60 dollardan yuxarı qiymətə satılan nefti daşıyan tankerlərə təsir edəcək.
Reuters yazır ki, Rusiya “həddini aşmaq” üçün yanacaq daşımaq üçün köhnə gəmilərdən istifadə edir. Agentliyin adını açıqlamayan həmsöhbətlərindən biri bildirib ki, ABŞ Rusiya Federasiyasına qarşı “böyük sanksiyalar paketi” tətbiq etməyi planlaşdırır.
“Sanksiyalar, ehtimal ki, nefti limitdən yuxarı qiymətə satan bəzi şəbəkələrdə iştirak edən şəxslərə qarşı tədbirləri də əhatə edəcək”, – başqa mənbə bildirib.
Bundan əvvəl “New York Times” (NYT) Rusiyaya qarşı tətbiq edilən sanksiyaların onun iqtisadiyyatını sarsıdacağı ilə bağlı ilkin proqnozların özünü doğrultmadığını yazıb. NYT həmçinin qeyd edib ki, iqtisadi məhdudiyyətlər vasitəsilə Rusiyadakı siyasi rejimin sarsıdılması gözləntiləri də özünü doğrultmayıb.
Şayəstə Hüseynova