image-abd-ermenistana-hibe-yardimini-artirdi-yardim-120-milyon-dolardan-250-milyon-dolara-yukseltildi-hlj3backend

ABŞ Ermənistana qrant yardımını artırıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə Ermənistana qrant yardımını iki dəfədən çox artırıb. Hadisə Ermənistan və Aİ arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqların başlaması ilə eyni vaxta təsadüf edib. Son zamanlar xarici siyasətində ciddi ox dəyişikliyi yaşayan Ermənistanın Qərbin geosiyasi ambisiyalarının oyuncağına çevrildiyi və buna görə də mükafatlandırıldığı şərh edilir.
Elchi.az xəbər verir ki, ABŞ Ermənistana yardım etməkdə davam edir. Nəhayət, Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə Ermənistana ayrılan qrant yardımı 120 milyon dollardan 250 milyon dollara yüksəldilib. Sözügedən yardım kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət kimi əsas sahələri əhatə edir.
Rusiyadan uzaqlaşmağa, Qərbin geosiyasi ambisiyaları üçün alətə çevrilməyə razı olan Paşinyan administrasiyası Avropa İttifaqı ilə də viza rejiminin liberallaşdırılması üçün danışıqlara başlayıb. Ermənistan da Qərb ölkələrindən, xüsusilə Fransadan yeni silahlar alır və Azərbaycan sərhədində ABŞ-la hərbi təlimlər keçirir. Digər tərəfdən, Rusiya ilə münasibətlərini minimuma endirməyə çalışır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər birgə təlimə başlasa da, üzvlüyünü dondurmaq qərarına gələn Ermənistan təlimə qatılmayıb.
İrəvan 2-ci Qarabağ müharibəsində təşkilatdan müdafiə dəstəyi almadığını iddia etdiyi üçün Putin müharibənin Ermənistanda deyil, Azərbaycanın işğal olunmuş ərazilərində getdiyinə diqqət çəkib və Paşinyanın qurmaq istədiyi oyunda iştirak etməyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki