image-gk7mjg9wmaam5mm-1backend

ABŞ-dan Ukraynaya ilk kritik zərbə!

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Volodomir Zelenskini qəbul edərkən, gərgin görüş kameralar qarşısında iki lider arasında uzun müzakirəyə çevrilib. 
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Beynəlxalq İnkişaf Agentliyinin ( USAİD ) mənbələri Ağ Evin Ukraynanın enerji şəbəkəsinin bərpasına verdiyi dəstəyin dayandırıldığını açıqlayıb.
Nyu-Yorkda yerləşən NBC telekanalının iki USAİD rəsmisinə istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatlar Rusiya ordusunun hücumlarından zərər çəkmiş Ukraynanın enerji şəbəkəsinin yenidən qurulması üçün ayırdığı 100 milyon dollarlıq investisiyanı dayandırıb.
“Bu, administrasiyanın atəşkəslə bağlı danışıqlar aparmaq qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədir və Rusiyaya Ukraynaya və ya keçmiş sərmayələrimizə əhəmiyyət vermədiyimiz barədə aydın mesaj verir”, – USAİD-in adının açıqlanmayan rəsmisi açıqlamasında bildirib.
“Rusiya Ukraynada həm hərbi, həm də iqtisadi cəhətdən iki istiqamətli müharibə aparır”, – o deyib: “Onlar iqtisadiyyatı əzməyə çalışırlar, lakin USAİD iqtisadiyyatın dayanıqlı olmasına kömək etməkdə, o cümlədən enerji şəbəkəsini gücləndirməkdə mərkəzi rol oynayıb. Biz makroiqtisadi böhrandan qaçmaq üçün Ukrayna hökumətinə çoxlu dəstək vermişik”. qiymətləndirmə aparıb.
USAİD-in Ukraynadan çıxması ölkənin enerji şəbəkəsini qışın şaxtasında Rusiya raketlərinin hücumlarına qarşı həssas edəcək, iki rəsmi xəbərdarlıq edib.
Xaricdəki fəaliyyətini böyük ölçüdə dayandıran ABŞ Dövlət Departamentinin Beynəlxalq İnkişaf Agentliyi  Ukraynanın Enerji Təhlükəsizliyi Layihəsini dayandırmaqla yanaşı, Ukraynadakı mövcudluğunu da əhəmiyyətli dərəcədə azaldır.
Tramp administrasiyasının USAİD ilə bağlı son qərarlarından əvvəl Ukraynada agentlikdə ABŞ-ın 64 federal işçisi və podratçısı işləyirdi.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki