ABŞ Dövlət Departamenti internet saytının Tayvan bölməsindən “ABŞ adanın müstəqilliyini dəstəkləmir” ifadəsini silib.
Elchi.az xəbər verir ki, Amerikanın CNBC kanalının internet saytında yer alan xəbərə görə, Nazirlik internet saytının Tayvan bölməsində yer alan “ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir” ifadəsini silib.
Saytdakı yeni tənzimləmədə Tayvanın texnologiya və yarımkeçiricilərin inkişafı layihələrində ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə əməkdaşlıq etdiyi vurğulanıb və Vaşinqton administrasiyasının adanın beynəlxalq təşkilatlara üzvlüyünü “müvafiq hallarda” dəstəkləyəcəyi bildirilib.
Xarici İşlər Nazirliyinin sözçüsü elektron poçtla göndərdiyi bəyanatda dəyişikliklərin “adi” hesab edildiyini və “məlumat qeydi (internet saytında) Tayvanla qeyri-rəsmi əlaqələrimiz barədə ictimaiyyəti məlumatlandırmaq üçün yeniləndiyini bildirib.
“Biz hər iki tərəfin birtərəfli qaydada status-kvonun dəyişdirilməsinin əleyhinəyik. Biz boğazlar boyunca dialoqun tərəfdarıyıq və ümid edirik ki, boğazlararası fikir ayrılıqları sülh yolu ilə, təzyiq olmadan və boğazın hər iki tərəfi üçün məqbul şəkildə həll olunacaq”, – bəyanatda deyilir.
Vaşinqton rəhbərliyinin “Bir Çin” siyasətinə sadiq qalmağa davam etdiyinə diqqət çəkən açıqlamada, “ABŞ Tayvan boğazında sülh və sabitliyi qoruyub saxlamaqda qərarlıdır.
Tayvanın xarici işlər naziri Lin Chia-lung, “ABŞ-Tayvan münasibətlərinə dəstək və müsbət mövqe” kimi qiymətləndirdiyindən məmnunluğunu ifadə edib.
Çin Xarici İşlər Nazirliyi dəyişikliklərlə bağlı şərh tələblərinə hələ cavab verməyib.
Şayəstə Hüseynova