image-usaid-reu-2328234_1backend

ABŞ-da USAID böhranı: Yardım agentliyi bağlanır?

Xəbər verilir ki, ABŞ administrasiyası ölkənin ən böyük beynəlxalq yardım agentliyi olan Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamağı planlaşdırır. Məlumata görə, Tramp administrasiyası agentliyi ABŞ Dövlət Departamenti ilə birləşdirməyi və onun maliyyəsini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.
Elchi.az xəbər verir ki, bazar ertəsi ABŞ dövlət katibi Marko Rubio USAID administratorlarını “itaətsizlikdə” günahlandırdı və özünü agentliyin “müvəqqəti rəhbəri” elan etdi. ABŞ prezidenti Donald Tramp və İlon Mask agentliyin ünvanına sərt tənqidlər səsləndiriblər. Lakin qərarın bütün dünyada humanitar yardım proqramları üçün dərin təsiri ola bilər.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki