image-snimok-yekrana-162backend

ABŞ-da seçki təhlükəsizliyi üçün yüksək səviyyəli tədbirlər həyata keçirilir!

ABŞ-da seçkilərin təhlükəsizliyini təmin etmək məqsədilə səsvermə və səsvermə məntəqələrində yüksək səviyyəli təhlükəsizlik tədbirləri həyata keçirilib.
Elchi.az xəbər verir ki, “Washington Post”un məlumatına görə, ölkə boyu yerli hakimiyyət orqanları prezident seçkiləri öncəsi ciddi ehtiyat tədbirləri görüb. Bu çərçivədə səsvermə məntəqələrinin və səslərin hesablanması mərkəzlərinin ətrafına təhlükəsizlik kameraları yerləşdirilib, bu mərkəzlərin damlarına snayperlər yerləşdirilib.
Ölkədə küçələrə əlavə polis qrupları göndərilərkən, pilotsuz uçuş aparatları ilə də yoxlamalar gücləndirilib.
Vaşinqton və Nevada ştatlarında hər hansı iğtişaş ehtimalına qarşı milli qvardiyaların hazır vəziyyətdə olduğu açıqlanıb.
Səsvermə kabinələrində “çaxnaşma düymələri” qoyularaq seçki qutularının təhlükəsizliyi daha yüksək səviyyəyə qaldırılıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki