image-trumptan-rusyaya-yaptirim-tehdidi-siddetle-dusunuyorum-17413584047055backend

Tramp Rusiyaya atəşkəslə bağlı xəbərdarlıq etdi! Şiddətli sanksiyalar tətbiq etməklə hədələyib

ABŞ prezidenti Donald Tramp Rusiyaya Ukrayna ilə atəşkəs rejiminin saxlanması ilə bağlı xəbərdarlıq edib. İki ölkə arasında yeni ittifaq gözləntiləri fonunda Tramp deyib: “Mən yekun atəşkəs və sülh razılaşması əldə olunana qədər Rusiyaya qarşı genişmiqyaslı bank sanksiyaları, sanksiyalar və tariflər tətbiq etməyi qətiyyətlə nəzərdən keçirirəm”.
Elchi.az  xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya hücumlarının davam etdiyinə diqqət çəkərək, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi düşündüyünü və iki tərəfin tez bir zamanda masa arxasına oturması lazım olduğunu vurğulayıb.
Tramp “Truth Social” hesabından verdiyi açıqlamada Rusiyanın Ukraynaya hələ də döyüş meydanında zərbələr endirməsinə əsaslanaraq, atəşkəs və sülhə dair yekun razılaşma əldə olunana qədər irimiqyaslı bank sanksiyaları və tarifləri tətbiq etməyi düşündüyünü vurğulayıb.
Trampın yazılı bəyanatında aşağıdakı ifadələr yer alıb:
Rusiyanın hazırda döyüş meydanında Ukraynaya zərbə endirməsi faktına əsaslanaraq, atəşkəs və sülhə dair yekun kompromis razılaşması əldə olunana qədər Rusiyaya qarşı irimiqyaslı bank sanksiyaları, sanksiyalar və tariflər tətbiq etməyi qətiyyətlə düşünürəm .
Rusiya və Ukrayna, çox gec olmadan indi masaya oturun. Təşəkkür edirəm.”

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki