Ukraynada 5 əsgəri öldürən, daha 5-ni isə yaralayan hərbçi – 20 yaşlı Artemi Ryabçuk saxlanılıb.
Alp.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıblar.
Bildirilir ki, Artemi Ryabçuk Podqorodnı şəhərində tutulub.
Xatırladaq ki, yanvarın 27-də saat 03:40-da Milli Qvardiyanın əsgəri Dnepr şəhərindəki “Yujmaş” zavodunun ərazisində “AK-47” avtomat silahından xidmət yoldaşlarına atəş açıb. Nəticədə 5 nəfər ölüb, daha 5 nəfər yaralanıb.
Modern.az