image-2306759_1backend

14 dostunu siyanürlə öldürən Taylandlı qadına edam cəzası

Taylandda yaşayan 36 yaşlı Sararat Rangsiwuthaporn dostunu sianidlə öldürməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. Ümumilikdə 14 qətldə günahlandırılan Sararatın qumar aludəçisi olduğu və qurbanlarını zəhərləyərək öldürmədən əvvəl minlərlə dollar aldatdığı iddia edilir.
Elchi.az xəbər verir ki, Taylandda 36 yaşlı Sararat Rangsiwuthaporn dostunu sianidlə zəhərləyərək öldürməkdə təqsirli bilinib və edam cəzasına məhkum edilib.
Keçən ilin aprelində Sararat dostu 32 yaşlı Siriporn Xanvonqla Banqkokun qərbindəki Ratçaburi rayonunda Buddist ritualına qatılıb. Ancaq Siriporn ritualdan sonra xəstələndi və öldü. Müayinə nəticəsində onun bədənində sianid izləri aşkar edilib. Polis Siripornun çantasının, pulunun və telefonunun yox olduğunu müəyyən edərək Sararatı saxlayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki