Ukrayna prezidenti Vladimir Zelenski Şimali Koreya lideri Kim Çen Inın Rusiyada saxlanılan ukraynalı əsgərlərin mübadiləsini təşkil edəcəyi təqdirdə yaralı Şimali Koreya əsgərlərini vətənə qaytarmağa hazır olduqlarını açıqlayıb. Ukrayna ordusu 2 Şimali Koreya əsgərini əsir götürüb
Elchi.az xəbər verir ki, Ukraynanın Rusiyanın Kursk vilayətində iki Şimali Koreya əsgərini əsir götürməsinin əks-sədası davam edərkən, Ukrayna prezidenti Vladimir Zelenski Şimali Koreya lideri Kim Çen Ina məhbus mübadiləsi təklifi edib. X sosial media platformasında verdiyi açıqlamada Zelenski yaxın günlərdə daha çox Şimali Koreya əsgərinin əsir alınacağına şübhə etmədiyini bildirib və əlavə edib: “Əsgərlərimizin digər Şimali Koreya əsgərlərini ələ keçirməsi an məsələsidir. “Dünyada Rusiya ordusunun Şimali Koreyadan hərbi yardıma ehtiyacı olduğuna heç bir şübhə olmamalıdır”, – deyə o bildirib. “Putin üç il əvvəl NATO-ya ultimatumlar verməklə və tarixi yenidən yazmağa çalışmaqla başladı, lakin indi Pxenyanın hərbi dəstəyi olmadan edə bilməz”, – deyə Zelenski bildirib: “Ukrayna Kim Çen Inın əsir götürülən döyüşçülərimizin dəyişdirilməsini təşkil edərsə, onun əsgərlərini Rusiyaya təhvil verməyə hazırdır. Ölkələrinə qayıtmaq istəyən Şimali Koreya əsgərləri üçün başqa variantların ola biləcəyini deyən Zelenski, “Xüsusilə Koreyada bu müharibə ilə bağlı həqiqəti yayaraq sülhü yaxınlaşdırmaq istəklərini ifadə edənlərə bu fürsət veriləcək” dedi. Zelenski sosial media hesabında əsir götürülən iki Şimali Koreya əsgərinin videosunu da paylaşıb.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Kursk bölgəsində davam edən qarşıdurmada iki Şimali Koreya əsgərinin yaralandığını və əsir götürüldüyünü açıqlayıb. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) yaralılara lazımi tibbi yardım göstərildiyini, Şimali Koreya əsgərlərinin həyatları üçün təhlükə olmadığını açıqlayıb. Şimali Koreyalı məhbuslardan birinin Ukraynada döyüşmək üçün deyil, Rusiyaya təlim keçmək üçün getdiyini düşündüyü bildirilib.
Şayəstə Hüseynova