“Zerkalo nedeli”: Zelenski Rusiya Silahlı Qüvvələrinin hücumundan sonra enerji ilə bağlı iclas keçirir.
Elchi.az xəbər verir ki,Rusiya Silahlı Qüvvələrinin kütləvi hücumu fonunda Ukrayna prezidenti Vladimir Zelenski enerji məsələləri ilə bağlı iclas çağırır.
Bu barədə yerli “Zerkalo Nedeli” nəşri mənbələrə istinadən yazır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, iclasda kadr qərarları mümkündür. Bildirilir ki, tədbirdə respublikanın enerji infrastrukturunun zəif təşkil olunmuş mühafizəsi müzakirə olunacaq.
Bundan əvvəl Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini dəstəkləyən enerji obyektlərinə yüksək dəqiqlikli silahlarla kütləvi zərbə endirib. Hücum hava və dəniz əsaslı raket sistemləri və hücum dronları vasitəsilə həyata keçirilib.
Bundan əvvəl Ukrayna mətbuatı avqustun 26-da səhər saatlarında rus qoşunlarının respublikanın şəhərlərinə kütləvi raket hücumuna başladığını yazmışdı. Partlayışlar Kiyev, Dnepr, Odessa, Krivoy Roq, Xarkov, Lutsk və digər şəhərlərdə baş verib. Odessa vilayətinin Usatovo şəhərində yarımstansiya vurulub. Hücum zamanı telemarafon studiyasında işıqlar sönüb.
Şayəstə Hüseynova