backend

Zelenski ABŞ-ın müdafiə naziri Ostin ilə görüşüb

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb. Ostin ABŞ-ın Ukraynaya 400 milyon dollar hərbi yardım edəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Ukrayna prezident Volodimir Zelenski Ukraynanın paytaxtı Kiyevdə rəsmi səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb. Ostin ABŞ-ın Ukraynaya 400 milyon dollar hərbi yardım edəcəyini açıqlayıb.
Zelenski açıqlamasında, “Bu gün Kiyevdə ABŞ-ın müdafiə naziri Ostini qəbul etdim. Ona Ukraynaya sursat, hərbi texnika və silahların daxil olduğu 400 milyon dollarlıq yeni müdafiə yardımına görə təşəkkür etdim” – deyib
Ukraynanın hava hücumundan müdafiə imkanları, qışa hazırlıq və Rusiya hərbi hədəflərinə qarşı uzaqmənzilli silahlardan istifadə kimi kritik məsələləri müzakirə etdiklərini ifadə edən Zelesnki, “Nazir Ostin bir daha ABŞ-ın təhlükəsizlik dəstəyini davam etdirəcəyini bildirdi. Ölkələrimiz arasında davam edən müdafiə sazişi təsdiqləndi”. “Ostin beynəlxalq tərəfdaşlarla gələcək yardımı əlaqələndirmək üçün Ramstein formatında yeni görüş keçirmək planlarını da bölüşdü”,  – deyib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki