image-46backend

Zaxarova Zelenskinin Poroşenkoya qarşı sanksiyalarını qurbağa qazı adlandırıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kiyevin ölkənin keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı sanksiyalar tətbiq etməsini “qurbağa qazı” sözü ilə izah edib.

Elchi.az xəbər verir ki, Poroşenkoya qarşı daimi şəxsi sanksiyaları nəzərdə tutan fərman cümə axşamı Kiyev rejiminin başçısı Volodimir Zelenskinin saytında dərc olunub.

Sənədə əsasən, Ukraynanın keçmiş lideri bütün dövlət mükafatlarından məhrum edilib. Onun xaricə vəsait çıxarması da qadağan olunacaq və aktivləri bloklanacaq.

Zaxarova Teleqram-da yazıb: “Qurbağa qazı”. Adətən bu söz hər iki tərəfi eyni dərəcədə iyrənc və xoşagəlməz olan münaqişəni təsvir edir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki