İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Halperinin Qəzzada girovların azad edilməsində Moskvanın töhfəsini qərəzli qiymətləndirməsi təəccüb doğurur.
Elchi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, Qəzza zolağında girov saxlanılan Rusiya vətəndaşı Aleksandr Trufanovun azad edilməsinə dair razılaşmaların İsrail hakimiyyətinin müstəsna xidmətləri olduğunu və Moskvanın atdığı addımların heç də uğurlu olmadığını iddia edən Qalperinin bəyanatlarını şərh edib.
“Bunun fonunda səfir S.Qalperinin girovların azad edilməsində Rusiyanın töhfəsini qərəzli qiymətləndirməsi, yumşaq desək, təəccüblüdür, amma gəlin bunu, necə deyərlər, onun vicdanına buraxaq”, – Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti Zaxarovadan sitat gətirir.
Zaxarova xatırladıb ki, Fələstin hərəkatının nümayəndələri ilə bir neçə ay davam edən danışıqlarda Moskva israrla bütün həmvətənlərinin tezliklə geri qayıtmasına çalışıb.
“Bizim üçün bu humanitar prioritet sahədə iş zamanı əldə edilmiş konkret nəticələr İsrail rəhbərliyini HƏMAS hərəkatı ilə qarşılıqlı əlaqəmizə dair mənfi təsəvvürlərini dəyişməyə sövq etdi”, – diplomat bildirib.
O vurğulayıb ki, Rusiya nəinki Trufanovun və Donbaslı Maksim Xarkinin, eləcə də bütün digər girovların tezliklə vətənə qayıtmasını israrla davam etdirəcək.
Bundan əvvəl “Rossiya 24” telekanalına eksklüziv müsahibəsində Rusiya Federasiyasının İsraildəki fövqəladə və səlahiyyətli səfiri Anatoli Viktorov bildirib ki, Rusiya 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS silahlıları tərəfindən əsir götürülən Trufanovun vaxtından əvvəl azad ediləcəyinə ümid edir.
Yeganə