Kosmosda həyatın olub-olmaması alim və tədqiqatçılar üçün böyük maraq doğurur. Hələlik heç bir qəti həyat əlaməti tapılmayıb.
Elchi.az xəbər verir ki, böyük ölçüdə Yerə bənzər yerlərdə həyat axtarışlarını davam etdirən elm adamları, əslində, kosmosda həyatın bir planetə ehtiyac olmadan mövcud ola biləcəyini ortaya qoydular.
Alimlər kainatdakı həyatın yalnız planetlərlə məhdudlaşmaya biləcəyini irəli sürürlər. Harvard Universitetindən Robin Wordsworth və Edinburq Universitetindən Çarlz Kokell həyatın standart təriflərindən kənar formaları araşdıran tədqiqatlarında mühüm tapıntılar təqdim etdilər.
Şayəstə Hüseynova