image-bayramov-mirzoyanbackend

XİN başçılarının iştirakı ilə panel keçirilir

Antalyada keçirilən IV Diplomatiya Forumunda “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” başlıqlı panel başlanıb.

Elchi.az Report-a istinadla xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə keçirilən panelin moderatorları Beynəlxalq Böhran Qrupunun Türkiyə direktoru Nigar Çöksel və “TRT Vorld”ün əməkdaşı Auskar Surbaktidir.

Tədbirdə Azərbaycan-Ermənistan sülh prosesində irəliləyiş və Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma səyləri də daxil olmaqla, son hadisələrdən sonra Cənubi Qafqazda sabitliyə nail olmaq üçün tarixi fürsət, bu səylərdə Gürcüstanın regional əməkdaşlıqda artan rolu, region mühüm perspektivləri müzakirə olunur.

Paneldə Cənubi Qafqazın dinamikası və regional əməkdaşlıq imkanları, maneələrlə bölünmüş dünyada davamlı, inklüziv inkişaf yollarının araşdırlması məsələlərinə də toxunulur.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki