Xarkov yaxınlığındakı döyüşlərdə Ukrayna Silahlı Qüvvələri Rusiyanın 200-cü xüsusi motoatıcı briqadanın komandiri polkovnik Denis Kurilonu məhv edib.
Alp.Az UNIAN-a istinadla bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, “xüsusi hərbi əməliyyat” adlanan əməliyyat zamanı 200-cü briqada böyük itkilər verib.
Məlumata görə, Ukraynada 200-cü Omsbr-ın iki batalyon taktiki qrupu məhv edilib. Briqadanın şəxsi heyətinin ümumi itkisi 1500 hərbçini ötüb.
Xəbər verdiyimiz kimi, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Rusiya Federasiyasının yeddi generalı məhv edilib. Müqayisə üçün: Əfqanıstanda gedən 10 illik müharibədə beş sovet generalı həlak olub.
Martın 29-u səhər saatlarına olan məlumata görə, rusiyalı hərbçilərin şəxsi heyəti arasında ümumi döyüş itkiləri 17200 nəfər təşkil edir.
Rüfət
Alp.Az