Ukrayna Hərbi Hava Qüvvələri Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumun ikinci dalğasına başladığını açıqlayıb.
Elchi.az xəbər verir ki,Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmi Telegram kanalında edilən yazılı açıqlamada, Rusiya ordusunun yenidən Ukrayna ərazisinə PUA-ları buraxdığı bildirilib.
Açıqlamada PUA-ların Ukraynanın Kiyev, Çerkassı, Poltava və Kirovoqrad istiqamətində göründüyü qeyd edilib.
Kuleba: Rusiya hərbi cinayətlər törədir
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba X hesabında verdiyi açıqlamada Rusiyanın bu gün Ukraynaya endirdiyi hava hücumuna reaksiya verib.
Rus ordusunun bu gün ölkəsinə qarşı başlatdığı intensiv raket və İHA hücumunda mülki şəxslərin də hədəf alındığını qeyd edən Kuleba, “Rusiya mülki insanlara qarşı qorxaqcasına müharibəni davam etdirir ki, bu da müharibə cinayəti sayılır”. qiymətləndirməsini edib.
Kuleba mesajında Rusiyanın hücumlarının beynəlxalq ictimaiyyət tərəfindən konkret addımlarla pislənilməli olduğunu vurğulayıb.
Nazir Kuleba həmçinin beynəlxalq tərəfdaşlardan Ukraynanın Rusiya ərazisindəki qanuni hərbi hədəflərə uzaq məsafədən hücumlar təşkil etmək hüququnu təsdiq etməyi xahiş edib.
Şayəstə Hüseynova