image-1737805783_hakan_fidanbackend

“Türkiyənin qapıları Rusiya və Ukrayna arasında danışıqlar üçün açıqdır”-Fidan 

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, tərəflər razılaşarsa, ölkənin qapıları Rusiya və Ukrayna arasında danışıqlar üçün açıqdır.

Elchi.az xəbər verir ki, o, bu barədə Antalyada Diplomatik Forumun yekunlarına dair mətbuat konfransında bildirib.

“Rusiya və Ukrayna istəsələr, bizim qapılarımız onlara açıqdır”, – deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.

Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fidan Antalya Diplomatik Forumu çərçivəsində ikitərəfli münasibətlər və enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bundan əlavə, diplomatlar Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi, Ukraynada sülhün əldə edilməsi səyləri, həmçinin Suriyada baş verən hadisələr və Qəzza zolağındakı vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki