Ankara Suriya mallarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Elchi.az xəbər verir ki, bu barədə Suriyanın Quru və Dəniz Limanları Baş İdarəsinin nümayəndəsi Mazen Alluş məlumat verib.
Tərəflər həmçinin Türkiyə ərazisinin Suriyadan digər ölkələrə yüklərin tranziti üçün açılması barədə razılığa gələ biliblər.
“Quru və Dəniz Limanları Baş Müdirliyi ilə Türkiyə Ticarət Nazirliyi arasında keçirilən görüşlər və müzakirələr Suriya mal və məhsullarının Türkiyə bazarlarına ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərarına gətirib çıxarıb”, – Alluş SANA xəbər agentliyinə deyib.
Bundan əvvəl Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana səfər edib.
Yeganə