image-9backend

Türkiyə Silahlı Qüvvələri döyüşə hazır vəziyyətə gətirilib

Suriyada Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar Türkiyə silahlı qüvvələri döyüşə hazır vəziyyətə gətirilib.

Elchi.az bildirir ki, bu barədə Türkiyə qəzeti hərbi mənbələrə istinadən yazır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bir müddət əvvəl bəyan etmişdi ki, Ankara Suriyadakı PKK yaraqlılarına ultimatum təqdim edib və bu çağırışlara məhəl qoyulmasa, hərbi əməliyyat aktuallaşa bilər.

“Yeni Suriya rəhbərliyindən terror təşkilatına qarşı lazımi tədbirlərin görülməsini tələb edən Ankara istənilən ssenariyə hazırlığını davam etdirir. “Mümkün əməliyyat üçün sərhəddəki qoşunlar döyüşə hazır vəziyyətə gətirilib” deyən qəzet Ankaranın bütün mümkün ssenarilərə hazırlaşdığını və hərbi əməliyyatın da onlardan biri olduğunu yazır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki