Almaniyanın Köln şəhərində Avro Liqanın “Final dördlüyü”nün həlledici matçı başa çatıb.
Son matçda “Barselona” “Anadolu Efes”lə qarşılaşıb. İspaniya komandası qarşılaşmaya üstün tərəf kimi başlayıb və birinci hissəni 7 xal üstünlüyü ilə udub – 22:15. Amma artıq ikinci hissədə İstanbul təmsilçisi təşəbbüsü ələ alıb və 39:36 hesabı ilə irəli çıxıb.
Fasilədən sonra Ergin Atamanın yetirmələri üstünlüyü genişləndirməyə davam ediblər. Üçüncü yarı “Efes”in 65:58 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun son hissəsində “Barselona” oyunda dönüş yaratmağa çalışıb, amma “Anadolu Efes” 86:81 hesab ilə qələbə qazanaraq, Avro Liqa çempionu olub. Bu, “Anadolu Efes”in turnirdə ilk qələbəsidir.